Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” sazişlərin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, hər iki sənəd bu ilin oktyabrın 11-də Bişkek şəhərində imzalanıb