Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalar Rəqabət Məcəlləsinə əsasən hazırlanıb, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsinin əsaslarını müəyyən edir. Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.