15:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi”ni təsdiq edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb və maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərini, ümumi dövriyyəsinin həcmini) müəyyən edir. Bu sənəddə istifadə olunan anlayışlar Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər