28 Sentyabr 2020 11:13
2 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ordusu irəliləyir, uğurlu hərbi əməliyyatlar keçirir. Biz torpaqlarımızı işğaldan azad edəcəyik”.

Bunu Teleqraf.com-a Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki, döyüş və peşə hazırlığı üzrə düşmən üzərində tam üstünlüyə malikdir:

“Ordumuzda əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Hər şey nəzarət altındadır. Yeni-yeni şad xəbərlər gözləyirik. Əhali arasında da ruh yüksəkliyi var. Hər kəs döyüşə getmək istəyir. Amma xalqımız narahat olmasın. Ordumuza etimad tamdır, hər şeyi onlar həll edəcək. Heç kimin buna şübhəsi olmasın. Öz doğma ata-baba torpaqlarımızı silahlı quldurlardan təmizləyəcəyik. Uğurlar arzulayıram, İnşallah böyük qələbəni birlikdə qeyd edəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı