“Rusiyadan Ermənistana yenə dolayı, gizli yollarla silah və hərbi texnika daşınır”.
Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan səmasını bu daşımalar üçün qapadığı səbəbindən Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Xəzər dənizinin üzərindən uçaraq Ermənistana yollanırlar:
“Əldə etdiyim məlumatlara görə, Rusiyanın “AN-124-100” təyyarəsi (qeydiyyat nömrəsi - RA-82035) Rusiyanın Rostov-Don şəhərindəki aerodromdan havaya qalxaraq Qazaxıstan, Türkmənistan və İran səmasından keçərək Ermənistan paytaxtındakı Zvartnos hava limanında yerə enib.
RFF 9917 reysi ilə uçan təyyarə hərbi texnika daşıyıb”.
Ermənistanın Rusiyadakı səfiri Vardan Tohanyan isə bəyan edib: “Münaqişə zonasında ağır döyüşlərin getdiyini nəzərə alsaq, Ermənistanın yeni silah və hərbi texnika alışı üçün Rusiyaya müraciət etməsi istisna olunmur”.
Fotonu təqdim edirik: