28 Sentyabr 2020 23:55
3 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı tərəflər başda Şərqi Aralıq dənizi regionundakı vəziyyət olmaqla Ermənistanın Azərbaycana hücumu nəticəsində regionda yaranan gərginliyi müzakirə edib.

Eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan qarşıdurmalara toxunan Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalı olduğunu diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər