Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, tərəflər Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində cəbhədə yaşanan gərginliyi və Liviyadakı son prosesləri müzakirə ediblər.