Ermənistan ordusu cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini hədəf alır.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın cəbhə bölgəsindəki yaşayış məntəqələrini davamlı atəşə tutan Ermənistan ordusu həmin ərazilərdə fəaliyyət göstərən media nümayəndələrini də hədəf alır. Əks-hücum əməliyyatının başladığı ilk gündən etibarən cəbhə bölgəsində öz peşə fəaliyyətini həyata keçirən yerli və xarici jurnalistlərə qarşı baş tutan bu hücumlar ciddi şəkildə araşdırılmalı, beynəlxalq jurnalist təşkilatları bu vəziyyətlə bağlı obyektiv və qərəzsiz mövqe nümayiş etdirməlidirlər.