Livanın paytaxtı Beyrutdan Ermənistanın paytaxtı Yerevana livanlı muzdluları daşıyan təyyarə yola düşüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Info24" saytı məlumat yayıb. Qeyd olunur ki, Ermənistan hakimiyyəti livanlı müzdluları Azərbaycanın işğal olunmuş ərazilərinə göndərmək niyyətindədir.
"Airbus A320-232" təyyarəsinin Livandan Ermənistana uçuşu bütün dünyada təyyarələrin hərəkətini izləyən "Flightradar24" portalının məlumatı ilə təsdiqlənir.
Mənbələr bildirir ki, bu, Ermənistanın Azərbaycana qarşı Yaxın Şərqdən olan muzdlu döyüşçülərdən və terrorçulardan geniş istifadə etdiyinin və bu şəkildə öz real insan itkilərini gizlətdiyinin göstəricisidir.