8 Oktyabr 2020 12:15
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın "Smerç" raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev vurğulayıb ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib: “Ermənistanı dayandırmaq üçün sülhə vadar etmə missiyası davam etdirilməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər