22 Oktyabr 2020 14:00
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkrarolunmaz hiss yaşayıram. Heç kimə torpaqlarının işğal olunmasını arzu etmirəm. Azərbaycanın hər yeri bizim vətənimizdir. Aşağı Seyidəhmədli kəndi 16 yaşımın keçdiyi, uşaqlıq xatirələrimin yaşandığı yerdir. Yaşananlar mənə möcüzə kimi gəlir, hələ də inana bilmirəm. Bunu Bakıda eşitməklə, onu yerində görməyin tamamilə başqa bir hiss olacağını da indidən başa düşürəm.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında jurnalist Zamin Hacı deyib. O bildirib ki, doğma yurdu işğaldan azad olunsa da, kədərləndiyi məqamlar da var:

“Bu günü o qədər gözləmişik ki, insanda bir keyləşmə də var. Bilmirsən ki, sevinəsən, ya kədərlənəsən. Çünki kədərlənəsi məqamlar da çoxdur. O yerlərin həsrəti ilə dünyadan köçən minlərlə insan oldu. Onların arasında bizə çox doğma olanlar da var. Məsələn, mənim atam rayonumuz işğal edildikdən 2 il sonra 59 yaşında dünyasını dəyişdi. Nənəm rəhmətə getdi, başqa kənddə dəfn etdik. Əmimoğlu bu yaxınlarda Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu. O, ümumiyyətlə, bizim kəndi görməmişdi, 24 yaşında bu dünyadan köçdü. Bu insanların o torpaqları görə bilməməsinə görə kədərlənirəm".

Onun sözlərinə görə, düşmən yurdumuzu tamamilə dağıdıb, daşı-daş üzərində qoymayıb: "Bu, dünya tarixində görülməmiş vəhşilikdir. 100 ilin tarixindəki müharibələrə baxsaq, ermənilər qədər işğal olunmuş torpaqlarda vəhşilik edən başqa xalq yoxdur. Amma bizim üzərimizə böyük məsuliyyət düşür.

Bu gündən sonra ora qayıdanda, yurdumuza çevirəndə, həlak olan insanların əvəzinə yaşamalıyıq. Onların bizim uğrumuzda həlak olduğunu o torpaqlarda yaşamağımızla sübut etməliyik.”


Müəllif: Aysel Azad

Oxşar xəbərlər