“Azərbaycan Silahlı Qüvvələri istehsal lisenziyasına sahib olduğu “Orbiter 1K” kamikadze dronlarının adını dəyişdirib. İstehsal müəssisəsindən yayımlanan görüntülərdə Pilotsuz Uçan Aparata (PUA) “İti qovan” adının verildiyi məlum olub. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində Qarabağda erməni əsgərlərinin qaçması üçün “İti qovan kimi qovuruq” ifadəsini işlətmişdi”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.
Türk mediası Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” PUA-larının seriyalı istehsalına geniş yer ayırıb. Dronlara verilən ad qardaş ölkənin mediası və sosial şəbəkə seqmentində maraqla qarşılanıb.
Türk mediası yazır ki, Azərbaycan 30 ildir işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlarını davam etdirir:
“Erməni cəbhələrini həm qurudan, həm də havadan mühasirəyə alan Azərbaycan ordusu bölgəni xilas etmək üçün var gücü ilə mübarizə aparır.
Azərbaycan ordusunun inventarında ən vacib silahlardan biri olan “Orbiter 1K” kamikaze PUA-larına yeni bir ad verilib: “İti qovan”. Belə ki, İsrail mənşəli “Orbiter 1K”-ların istehsal lisenziyasına sahib olan Azərbaycan silahların istehsalında etdiyi dəyişikliklə cihazların qanad hissələrinə “İti qovan” ifadəsini yazmağa başlayıb. Azərbaycan ordusunun inventarında ən güclü silahlardan biri olan “Orbiter 1K”-ya verilən ad əvvəllər dəfələrlə gündəmdə olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Ermənistan tərəfindən işğal olunmuş ərazilərin necə geri alınmasını izah edərkən, “Ordumuz işğalçı erməniləri iti qovan kimi qovur” ifadəsini dilə gətirib”.
İfadə sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentlərində maraqla qarşılanıb”.