3 Noyabr 2020 11:47
3 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

09:35

Prezident İlham Əliyevin ötən günkü tvitində işğaldan azad olunan kəndlər sırasında Qubadlı rayonunun Milanlı kəndinin də adı vardı. Bu ad sosial şəbəkədə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib ki, Milanlı kəndinin əhalisinin bir hissəsi kürddür, əsasən maldarlıqla məşğul olublar:

"Milanlı kəndi Qubadlı rayonun dağətəyi ərazisində yerləşir. Rusiya Azərbaycanın şimalını işğal etdikdən sonra imzalanan 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərlə yanaşı Türkiyədən kürdləri də bu kəndə köçürüblər.

Kürddilli milanlı tayfasından bir neçə nəsil Qubadlının bu ərazisində məskunlaşıblar. Bu tayfanın adına görə ruslar kəndi Milanlı adlandırıblar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər