6 Noyabr 2020 19:36
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Qəbiristanlıqlar vandalizm və barbarlığa məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

"İşğal altındakı torpaqlara baxış zamanı Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb", - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər