Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti bölgədə vəziyyətin stabilləşməsi barədə həmkarını məlumatlandırıb.
Tərəflər həmçinin ATƏT Minsk qrupu həmsədrləri xətti ilə işlərin əlaqələndirilməsinə hazır olduqlarını açıqlayıblar.