Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Avropa Şurasının Baş katibi bunu Xarici işlər naziri Ceyhun Bayramovun ünvanlandığı məktuba cavabında bildirib.