24 Noyabr 2020 13:33
2 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda mövcudluğunu dörd dəfə gücləndirəcək. Missiyanın bölgədəki büdcəsi də 10 milyon İsveçrə markasından 45 milyon markaya qədər artırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu BQXK prezidenti Peter Maurer “RBK”yə verdiyi müsahibə zamanı bildirib.

“Biz bu missiyanın mahiyyətini son altı həftə ərzində kökündən dəyişdirdik. Biz münaqişə alovlandıqca daha çox şey etməli olduğumuzu başa düşdük. Əgər müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il 45 milyon təşkil edəcək. Yəni varlığımızı dörd dəfə artıracağıq”, – deyə o bildirib.

P.Maurer təşkilatın regiona əlavə 400-500 nəfər göndərəcəyini bildirib. Əlavə edib ki, BQXK-nın İrəvan, Bakı və Bərdədə ofisi var.

“İndi biz insanları Xankəndiyə qaytarırıq və evlərini tərk etmək məcburiyyətində qalanlara, onların ehtiyaclarına daha yaxın olmaq üçün bir-iki ofis açacağıq”, – deyə P.Maurer qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər