1 Dekabr 2020 11:05
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Teleqraf.com xəbər verir ki, Dövlət Himnini Azərbaycan hərbçiləri Dövlət bayrağı altında ifa ediblər.

Qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Azərbaycana qaytarılıb. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də işğaldan azad olunan Laçın rayonuna daxil olub və Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər