11 Dekabr 2020 11:28
6 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın 44 gün davam edən ikinci Qarabağ müharibəsindəki zəfəri “Artsax” və “Böyük Ermənistan” planlarının üstündən xətt çəkdi”.

Teleqraf.com xəbər verir ki,bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

Ekspertin fikrincə, Qarabağdakı döyüşlər zamanı Ermənistan məğlub oldu, erməni cəmiyyətində isə şok və qəzəb hisləri hökm sürür:

“Nəticədə müxalifət və hakimiyyət arasında qarşıdurma yaranıb. Müxalifət Baş nazir Nikol Paşinyanı tutduğu vəzifədən uzaqlaşdırmaq istəyi ilə meydana çıxıb”.

Korotçenko, eyni zamanda Ermənistan parlamentində Qarabağ məsələsinin qəti şəkildə həllinə və Azərbaycanla diplomatik münasibətlərin qurulmasına çağırış edənlərin də meydana çıxdığını qeyd edib.

Ekspert Ermənistanın məğlubiyyətin əsas səbəbkarı kimi Rusiya silahlarını göstərməsi iddiasında da cavab verib və İrəvanı öz səhv hesablamalarını həll etməyə çağırıb.

Onun sözlərinə görə, Ermənistanın məğlubiyyətin əsas səbəbləri Azərbaycan Ordusunun mənəvi, hərbi hazırlıq, döyüş taktikası və komanda heyətinin səviyyəsi və Şuşanın işğaldan azad edilməsidir.

Korotçenko bunların savaşın Azərbaycanın qələbəsi ilə başa çatmasında həlledici amillər olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər