Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə etmək istədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib ki, bəzi məsələlərdə fikirlərimiz fərqli olsa da, Rusiya ilə bir çox sahədə əməkdaşlıq edirik:
"Suriyada fərqli baxışlarımız var, ancaq Astana prosesi sayəsində başlayan əməkdaşlığımız davam edir. Liviyada biz də qarşı tərəfdəyik, amma daimi barışıq yaratmaq üçün Rusiya ilə aparılan yüksək səviyyəli işimizi sizinlə bölüşdük.Azərbaycan və Ermənistan mövzusunu da müzakirə edəcəyik. Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi zəruridir. Bu məsələdə atılacaq addımları nəzərdən keçirəcəyik".