1 Yanvar 2021 20:39
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları Ermənistandan Xankəndinə qaytarılan başqa bir “qaçqın kolonu”nu müşayiət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Belə ki, müharibə vaxtı Dağlıq Qarabağdan Ermənistan ərazisinə qaçan 220 nəfər İrəvandan Xankəndinə gətirilib. “Qaçqınlar”ın avtobuslarla gətirildiyi bildirilib.

Ermənistan və Azərbaycan arasında atəşkəs elan olunduqdan bu günədək ümumilikdə 47 min erməni Rusiya sülhməramlıları tərəfindən Xankəndinə qaytarıb.


Müəllif: Mənsur Rəğbətoğlu