11 Yanvar 2021 15:46
4 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilir.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin əvvəlcə danışıqlardan gözləntilərindən danışıb.

O, İlham Əliyev və Nikol Paşinyan arasında danışıqların işgüzar atmosferdə keçəcəyinə və Qarabağda tənzimlənməyə yardım göstərəcəyinə ümidini ifadə edib.

Rusiya Prezidenti Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Moskvaya gəldikləri üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana minnətdar olduğunu söyləyib:

“Mən sizi Moskvada salamladığım üçün çox şadam və 9 noyabr tarixli Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatımızın icrasını və mövcud problemlərin aradan qaldırılması, bölgədə dinc həyat qurmaq üçün gələcək addımların birgə müzakirə edilməsi təklifinə cavab verdiyiniz üçün minnətdaram”.

O, Rusiyanın vasitəçilik səylərinin Dağlıq Qarabağda davamlı atəşkəsə yönəldiyini bildirib:

“Hörmətli həmkarlar, qan tökülməsinin dayandırılmasına, vəziyyətin sabitləşməsinə və davamlı atəşkəsin əldə edilməsinə kömək məqsədi daşıyan Rusiya tərəfinin fəal vasitəçilik səylərinə göstərdiyiniz müsbət reaksiya üçün sizə təşəkkür edirəm”.

Vladimir Putin Qarabağla bağlı üçtərəfli sazişin ardıcıllıqla reallaşdırıldığını vurğulayıb.

Rusiya lideri Qarabağda uzunmüddətli münaqişənin hərtərəfli həlli üçün zəmin yarandığına inandığını deyib: “Bu gün sülhməramlılar, sərhədlərin demarkasiyası da daxil olmaqla Qarabağda nizamlanma üçün növbəti addımları müəyyənləşdirmək lazımdır”.

O, Qarabağda hazırkı vəziyyəti sakit adlandırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər