Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı texniki mütəxəssisləri sülhməramlı kontingentin 400-ə yaxın hərbi qulluqçusunun yerləşdirildiyi Xankəndi, Getavan (Ağdərə) və Qarakənd qəsəbələrində üç blok-modul şəhərciyi salıb.
Teleqraf.com xəbər verir ki, hazırda ümumi tutumu 540 nəfərdən çox olan daha 5 şəhərciyin tikintisi üçün ərazilərin hazırlanması davam edir.
Dağlıq Qarabağda müşahidə məntəqələrində xidmətin təşkili, gündəlik ehtiyacların ödənilməsi, sülhməramlı hissələrin şəxsi heyətinin bədən tərbiyəsi və istirahəti üçün müasir yaşayış şəraiti yaradılıb.
Blok-modullu şəhərciklər bütün zəruri komponentlərlə təchiz olunub
Hər şəhərciyin ərazisində süni örtüklü idman zalı, hamam, tibb mərkəzi, qurutma maşını, paltar təmizləyən otaq, istirahət otağı, ofis, anbar otağı, yeməkxana və ərzaq dükanı var.