Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarış işləri zamanı daha səkkiz erməni hərbçisinin cəsədi aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndindəki separatçı rejim məlumat yayıb.
Məlumata görə, axtarış işləri Hadrut, Cəbrayıl və Qubadlı rayonları ərazilərində aparılıb.
13 noyabr - 18 yanvar tarixlərində ümumilikdə 1246 cəsəd tapılıb.
Axtarış işləri Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Qubadlı rayonların ərazilərində davam edir.