Tanınmış jurnalist Cavid Şahverdiyevin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı növbəti yazısı Əlcəzairin aparıcı https://alharir.info saytında dərc olunub.
Teleqraf.com xəbər verir ki, C.Şahverdiyev əvvəlcə Azərbaycanın Ermənistanın işğalçı ordusu üzərində qələbəsindən bəhs edib.
Sonra vurğulayıb ki, erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib, hərbi məqsədlər üçün istifadə edilib. İşğal altında saxlanılan rayonlarımızda qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.
Yazıda qeyd olunub ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.
Xatırladaq ki, C.Şahverdiyevin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazıları İordaniya, İraq, Misir, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Moldova və İtaliyanın aparıcı media orqanlarında dərc olunub.
Məqalənin ərəb dilində geniş variantı ilə BURADAN tanış olmaq mümkündür: