Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan Füzuli rayonu ərazisində "Füzuli Beynəlxalq Hava Limanının tikintisi" layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək.
Teleqraf.com-un Füzulidə olan əməkdaşının verdiyi məlumata görə, layihələndirmənin tərkibinə aşağıdakı obyektlər daxildir:
1. Aerovağzal binası
2. 3000x45 metr ölçüdə uçuş enmə zolağı
3. Peron
4. Yönəldici yol
5. Uçuş enmə zolağının işıq siqnal sistemləri
6. Transformator yarımstansiyalarının tikintisi
7. Köməkçi binalar