23 Fevral 2021 19:25
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

İndiyə qədər ilkin siyahı üzrə - 5 914 ailəyə ilkin yardım verilib. Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb.

Əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər