26 Fevral 2021 16:15
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı hadisələrə baxmayaraq Qarabağla bağlı razılaşmaların icrasının implementasiyasının öz məcrasında davam etdirilməsi çox vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Dmitri Peskov jurnalistlərin Moskvanın İrəvandakı vəziyyətə görə bu bölgədə atəşkəs razılaşmasının pozulma təhlükəsini görüb-görməməsinə dair suala cavab verərkən deyib:

“Ermənistandakı hadisələr Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsinə hələlik təsir göstərmir, onların implementasiyası mütləq davam etməlidir”.

“Xeyr, hələlik hər şey reallaşdırılır”, – deyə Kremlin sözçüsü bildirib. O, Ermənistandakı hadisələrə baxmayaraq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi yolunun davam etdirilməsinin çox vacib olduğunu qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər