13 Aprel 2021 17:03
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən əraizlərdə icra olunan əməliyyatlarla bağlı yeni məlumat yayıb.

ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, aprelin 5-dən 10-dək Qarbağda 90 piyada əleyhinə mina, 47 tank əleyhinə mina və 435 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

60 ha-dan çox ərazi isə minalardan təmizlənib.


Müəllif: Teleqraf.com