22 May 2021 18:15
29 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən işğal edilmiş Qazaxın 7 kəndi Azərbaycana təhveril veriləcək.

Teleqraf.com xəbər verir ki, bu iddia erməni hüquqşünas Mihran Poqosyanın açıqlamasında yer alıb.

O, üçtərəfli 10 noyabr bəyanatında bu məsələnin yer aldığını, lakin sonradan çıxarıldığını bildirib.

“Bununla bağlı imzalanacaq sənədin noyabrın 10-da hazırlandığını desəm, çox təəccüblənəcəksiniz? Kapitulyator (Paşinyan) noyabrın 10-da gecə saatlarında həmin sənədə imza atıb”.

Poqosyanın sözlərinə görə, 10 noyabr anlaşmasının ilkin variantının 2-ci maddəsində Ağdam rayonu ilə yanaşı, Qazaxın kəndələrinin Azərbaycana qaytarılması da yer alıb.

“Bundan sonra, həmin gecə “vəziyyətdə köklü bir dəyişiklik” baş verdi, bu məsələ həmin sənəddən çıxarıldı. Amma həmin kəndlər Azərbaycana təhvil veriləcək. Çünki noyabrın 10-da (Paşinyan) söz verib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər