“Vətən savaşının bitməsinə rəğmən ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi prioritet olaraq qalır”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimə münasibət bildirərkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Türkiyəyələ birgə təlimlər vasitəsi ilə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi strateji əhəmiyyətə malikdir: “NATO üzvü olan Türkiyə ordusu güc baxımından dünyanın aparıcı orduları sırasındadır. Aktiv ordu üzvlərinin sayına görə Türkiyə NATO-da ABŞ-dan sonra ikincidir.
Statistanın məlumatlar göstərir ki, 2020-ci ildə qardaş ölkədə hərbi persional 437 mindən çox olub. Türkiyənin illik hərbi xərcləri 20 milyard dollardan çox qiymətləndirilir. Əməkdaşlığımız və birliyimiz daimi olsun!”