Cənab Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə çıxışında millətimizin inkişafının və qarşıya qoyduğu məqsədlərə çatmasının formulunu ifadə edib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
Deputat qeyd edib ki, cənab Prezidentin vurğuladığı kimi, əgər biz güclü, müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik:
"Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi".
Professor bildirib ki, tarix boyu bizi irəli aparan, millətimizin yaratdığı və daim yanında olduğu güclü dövlətimiz, qüdrətli dövlət rəhbərlərimiz olub:
“44 günlük müharibədə qazanılan qələbə və dünən Ağdamda təməli atılan işlər bu formulun düzgünlüyünü bir daha göstərdi”.