14 İyun 2021 21:44
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni separatizminin başladığı 1980-ci illərin sonunda Ağdam onların qorxulu röyası idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistandan Azərbaycana qarşı yönəlmiş bir sıra fikirlərə diqqət çəkib:

“Nikol Paşinyana müxalif olanlar geri qayıdan 15 ermənidən çox “minalanmış xəritələri Azərbaycana təhvil vermək olmazdı” deməyə başlayıblar. Yəni bu qatillərin fikrincə, həmin minalarda mülki vətəndaşlar bundan sonra da həlak olmalıydılar. Onların məntiqinə görə, azərbaycanlılar həmin minalarda partlayaraq ölməli və bununla azərbaycanlıların Qarabağa köçü gecikməli idi. Erməni qatillər Paşinyanı həm də ona görə ittiham edirlər ki, bəs Azərbaycan minaların təmizlənməsinə vaxt və xeyli maliyyə xərcləyəcəkdi.

Erməni müxaliflərdən biri isə açıq deyib ki, Ağdam minalardan təmizlənəndən sonra Qarabağ erməniləri üçün başlıca təhlükəyə çevriləcək. Bunda haqlıdırlar. Erməni separatizminin başladığı 1980-ci illərin sonunda Ağdam onların qorxulu röyası idi. Ağdam satqınlıq nəticəsində işğal olunmasaydı, erməni separatizminin sonunu daha əvvəl gətirəcəkdi. Ağdamı yenidən istehkama çevirməliyik. Ağdama 100 min insanımızı köçürməklə yanaşı, hərbi kazarmaların sayı da çox olmalıdır. Ağdamla yanaşı Qarabağın hər yerini, o cümlədən strateji Şuşa, Kəlbəcər və Laçını istehkama çevirməliyik ki, vətəndaşlarımızın bu bölgələrdə rahat və təhlükəsiz həyatları təmin olunsun”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər