25 Avqust 2021 14:06
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndində qalan separatçı rejimin tör-töküntüləri burada yaşayan erməniləri şəhərdə baş verən güclü partlayışa görə çaxnaşmaya düşməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, separatçı rejimin tör-töküntüləri Xankəndi və ona bitişik məntəqələrdə eşidilən partlayışın minadan təmizləmə qruplarının planlaşdırılan işi olduğununu iddia edib.

Bildirilir ki, partlayışlar Əsgəran bölgəsində meydana gəlib.

Lakin məlum olur ki, burada baş verən partlayışdan sonra yanğın yayılmağa başlayıb. Bu zaman yanğın həyati təhlükə yaradan partlamamış döyüş sursatlarının yığıldığı yerə çatıb.

Separatçılar iddia edirlər ki, hazırda vəziyyət nəzarət altındadır və çaxnaşmaya ehtiyac yoxdur.

“Hazırda minaaxtaranlar, yanğınsöndürənlər və xüsusi qruplar yanğının söndürülməsi və təhlükənin aradan qaldırılması üçün çalışır”,-Xankəndindən gələn məlumatda deyilir.


Müəllif: Cavad

Oxşar xəbərlər