29 Yanvar 2022 12:29
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsindəki separatçıların başçısı Araik Arutyunyan burada demoqrafik durumun pis olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, Arutyunyan bütün səylərə baxmayaraq, ötən illərdə (işğal dövründə) bölgədə yaşayan ermənilərin sayını artırmağın mümkün olmadığını bildirib.

Onun fikrincə, bölgədə “inkişaf etmiş iqtisadiyyat”ın olmaması ermənilərin Qarabağdan getməsinə və bura qayıtmaq istəməməsinə səbəb olub.

“Bütün bunları inkişaf etdirə bilmədik. Ötən 26 il ərzində iqtisadiyyat, əhalinin sayı artmadığı üçün uğursuzluğa düçar olduq”, - Arutyunyan bildirib.

Araik Arutyunyan 44 günlük savaşdan sonra isə Qarabağın tamamilə burada yaşamaq istəyən ermənilər üçün cəlbediciliyini itirdiyini vurğulayıb. Savaşdan əvvəl də durumun pis olduğunu, bu gün isə daha da pisləşdiyini söyləyib.

O, separatçı ordunun vəziyyətini mənfi qiymətləndirib. Arutyunyan 44 günlük müharibədə çoxlu səhvlərə yol verildiyini etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər