Qarabağ separatçılarına verilən qazın təchizatı bərpa olunmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda bölgədəki Rusiya sülhməramlılarının məsələyə həll yolları axtardığı bildirilib.
Qarabağdakı separatçılara verilən qazın təchizatında problemlər martın 8-də başlayıb. Ermənistandan Qarabağa gələn qaz kəmərin qəza baş verib.
Martın 19-da qazın verilişi bərpa olunsa da, bu, çox çəkməyib, martın 21-də axşam saatlarında qazın verilişi yenidən dayandırılıb.