“Artıq beynəlxalq ictimaiyyət 44 günlük Qarabağ müharibəsinin nəticələrini qəbul edib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan deyib.
Erməni siyasətçi artıq dünyanın bu məsələ ilə maraqlanmadığını söyləyərək, nəticələri Azərbaycanın xeyrinə tanımasından şikayətlənib.
“Azərbaycan müharibənin nəticələrini həzm etdirdi, dünya bu nəticələri qəbul etdi. Bu, hələ başlanğıcdır”, - Karapetyan qeyd edib.