Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu gün Soçiyə bir günlük işgüzar səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə liderinin Putinlə görüşündə hazırda aktual olan qlobal və regional məsələlərlə yanaşı, iki ölkə arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılacaq.
Türkiyənin Suriyada mümkün əməliyyatı, terrorizmlə mübarizə, Suriyadakı son gəlişmələr, Rusiya-Ukrayna müharibəsi, Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq, Akkuyu Atom Elektrik Stansiyası mövzuları masada olacaq. Əfqanıstan və Liviyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.
Soçidə keçiriləcək görüşdə Qarabağdakı son gəlişmələr də müzakirə ediləcək. Bu, Rusiya və Türkiyədən verilən son rəsmi açıqlamalarda da öz təsdiqini tapıb.