8 Avqust 2022 14:24
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağılmağa məhkum olmuş “Böyük Ermənistan” əlindəki toxmaqla parça-parça özünü sökür və dəfn edir”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Əziz Əlibəyli deyib.

Ekspert 44 günlük Vətən Müharibəsindən sonra Ermənistan daxilində baş verən gəlişmələrə diqqət çəkib:

“Ermənilərin birliyi necə pozuldu? Əvvəla, ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının yağlamanmasında iştirak edən qüvvələrin mənşəyi təkcə Ermənistan və ya Qarabağ erməniləri deyildi. Suriya, Fransa, Livan, İran, Argentina və s. ölkələrdən gələnlər “Ermənistanın vahidliyi” uğrunda işğala qarışmışdılar. O dönəmdə bizdəki vəziyyətin əksinə olaraq, onlarda qranit birlik və yekdillik vardı.

Birinci hadisə

2016-cı ildə baş verən Aprel döyüşlərindən az sonra Ermənistan Müdafiə Nazirliyinin ittihamlarla üzləşməsi fonunda 2018-ci ildə Serj Sərkisyan istefaya məcbur edildi. Erməni cəmiyyətinin birləşdirici ideoloji xəttinin “Ohanyan səddi” kimi darmadağın edilməsi Nikol Paşinyanın hakimiyyətə gəlişinə səbəb oldu. Bu, eməni cəmiyyətinin ilk rəsmi parçalanması idi.

İkinci hadisə

2020-ci ilin 10 noyabr gecəsində imzalanan kapitulyasiya aktı erməni cəmiyyətinin ikinci parçalanmasının və rəsmən “dənizdən-dənizə böyük Ermənistan” ideologiyasının dəfni oldu”.

Əziz Əlibəyli qeyd edib ki, bu, təkcə məğlubiyyətə gətirmədi, həm də siyasi qüvvələrin hərbi antoqonizmini yaratdı, cəmiyyətdaxili toqquşmalara yol açdı:

“Hesab edirəm ki, uzun illər gedəcək bu daxili qarşıdurma Qarabağda 30 il “qalib”, bu gün isə artıq ikinci ildir məğlub olan milyonlarla erməninin dünyadan köçməsinə qədər davam edəcək.

Üçüncü hadisə

Avqust ayı ərzində Laçın dəhlizi tərk edilməlidir. “Tiqran ənənəsi” onları yenə oğurluğa, yağmağa sövq edir. Qondarma rejimin “deputat”ı bunu inkar edir, Zabux kəndindəki erməni dəstəsinin rəhbəri isə təsdiqləyir. Ermənistan hökuməti isə təkcə 10 noyabr razılaşmasının icrasını reallaşdırmamalıdır, həm də bölgəyə dronlarla nəzarət edən Azərbaycana imkan verməməlidir ki, gələcəkdə İrəvanı mülki cinayətlərə görə də beynəlxalq məhkəməyə versin. Amma mümkün kimi görünmür. Nə mərkəzi hökumət, nə Xankəndindəki terrorçular, nə kəndlərdə qalan quldurlar bir-biri ilə razılaşa bilir.

Bir sözlə, dağılmağa məhkum olmuş “Böyük Ermənistan” əlindəki toxmaqla parça-parça özünü sökür və dəfn edir. Çünki Azərbaycan öz torpağında böyük və güclü, haqlı siyasət aparır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər