7 Sentyabr 2022 15:58
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin növbəti mərhələsi həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün daha 12 ailə Ağalı kəndində yeni evlərinə yerləşdirilib.

Məlumat üçün bildirək ki, bu gün köçürülən ailələr Bakı və Sumqayıt şəhərində müxtəlif ünvanlarda yaşayıblar.

Bu gün 12 ailənin 63 nəfər üzvü uzun illərdən sonra, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün, doğma kəndlərinə qayıdıblar.

Kəndə qayıdan sakinləri, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.

Qeyd edək ki, sentyabrın 10-a qədər Ağalıya ümumilikdə 25 ailənin köçürülməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər