25 Oktyabr 2022 21:26
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mugham" parfümün Şuşada çəkilən videoçarxı "Fashion TV"də göstərilib.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin iştirak etdiyi layihə "Karabakh Bouquet - 1752" ətri haqqındadır.

Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan "Karabakh Bouquet -1752" ətri haqqındakı çarx Qarabağda lentə alınan ilk reklam işidir.

Qeyd edək ki, "Mugham" parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var.

“Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşıda da satılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər