Xankəndidə baş tutan mitinqə Ermənistandan avtobuslarla adamlar daşıyıblar, burası aydındır, mesaj da aydındır ki, guya demokratikdirlər, onlar vətəndaşların ən təməl hüquqlarından biri olan sərbəst toplaşma hüququnu belə tanınmayan Azərbaycanla birgə olmaq istəmirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.
Onun fikrincə, bu oyun iki məsələni üzə çıxarır:
"Birincisi, ermənilərin davası demokratiya deyil, ərazi iddiası və terrorizmdir, sadəcə indi bunu demokratiya ilə pərdələmək istəyirlər. Demokratiyanın olmaması hansısa ölkənin ərazisini işğalda saxlamaq və separatizm üçün səbəb deyil, ola da bilməz;
İkincisi, o qədər adamı Ermənistandan daşıyan avtobusları "rusməramlılar" niyə ora buraxıblar - deməli, Rusiyanın da marağı elə bir mitinq təşkil etmək idi, orada dalğalanan Rusiya bayraqları da buna sübutdur. Soçi görüşündən öncə belə bir addımla təzyiq yaratmaq istəyirlər...
Soçi görüşündən müsbət qərarlar çıxmasa, əks addım kimi Laçın yolu bağlanmalıdır - Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur, vəssalam".