Bu gün Ümumdünya Şəhərlər Günüdür.
Teleqraf.com xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev "Twitter" hesabındakı paylaşımda bildirib.
“İşğal dövründə tamamilə dağıdılmış Zəngilan şəhərinin qısa müddət ərzində dayanıqlı əsaslarla yenidən qurulacağına, proqressiv innovasiyalarla regional mərkəzə çevriləcəyinə əminik. Artıq bu sahədə bir çox iş başladılıb”, - deyə Vahid Hacıyev bildirib.