Azərbaycan Ordusu Xocalıda traktora atəş açmayıb.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.
"Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumatlar yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.