25 Yanvar 08:43
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 45 gündür ki, davam edir.

Teleqraf.com xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər. Eko fəallar günə Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.


Müəllif: Teleqraf.com