Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin razılaşmalarının icrasını, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsinə dair addımları müzakirə ediblər.
Putin Paşinyanla Rusiya sülhməramlıları ilə sıx əməkdaşlıq şəraitində Qarabağla bağlı bütün məsələlərin “konstruktiv həlli”nin zəruriliyi haqda da danışıb.