11 Aprel 2023 12:27
4 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni sabiq diplomat Arman Məlikyan deyib.

Sabiq diplomat Rusiya sülhməramlıları və siyasi dairələrinin Qarabağla mövqeyinin Azərbaycanın lehinə dəyişdiyini iddia edib.

“Rusiyanın Qarabağla bağlı davranışı bizim üçün çoxlu suallar yaradır, Moskva bu suallara heç vaxt aydın, birbaşa cavab verməyib. Amma bir şey açıq şəkildə ifadə olunub: Rusiyanın rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, mövcud vəziyyəti anlamaq üçün kifayətdir”, - Məlikyan bildirib.

Sabiq diplomat əlavə edib ki, Rusiya həmişə öz maraqları nəyi diktə edirsə, elə hərəkət edir: “Yəni maraqlar üst-üstə düşməyəndə Rusiyanın maraqlarına üstünlük verilir”.

Məlikyan Azərbaycan hərbi qüvvələrinin Gorusun Tex kəndi istiqamətində (şərti şərhəddə) irəliləməsinə də toxunub.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Ermənistanla qarşılıqlı razılaşma əsasında sərhəddə bir sıra mövqelərə nəzarəti bərpa ediblər:

“Hesab edirəm ki, Tex istiqamətindəki mövqelərlə bağlı qarşılıqlı razılaşma var. Əvvəlcə Azərbaycanın Texdə (şərti sərhəddə) mövqelərinin yerləşdirilməsi xəbəri yayıldı, sonra məlum oldu ki, həmin ərazidə demarkasiya ilə bağlı müəyyən razılaşmalar olub. Yəni proses koordinasiyalı şəkildə həyata keçirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər