Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 1 minik və 6 yük maşını Xankəndidən Laçın istiqamətində hərəkət edib.
Bundan əvvəl isə 2 avtomobilin müxtəlif vaxtlarda eyni istiqamətdə hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.