Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin hesabatından “Qarabağ münaqişəsi” ilə bağlı bölmənin niyə çıxarıldığı ilə bağlı jurnalistlərin sualına cavab verməyib.
Teleqraf.com xəbər verir ki, Nikol Paşinyan iki gün əvvəl hökumətin 2022-ci il hesabatını təqdim edib.
Hesabatda “Qarabağın status”una heç bir istinad yoxdur. Məsələ “Ermənistan-Azərbaycan Danışıqlar Prosesi” formasında təqdim olunur. Hesabatda, həmçinin 2026-cı ilə qədərki yeni hökumət proqramında Qarabağ erməniləri ilə bağlı “təhlükəsizlik və hüquq” məsələləri yer alıb.
Paşinyan hökumətinin bu mövqeyi Ermənistan mətbuatında müzakirə mövzusuna çevrilib.