Rusiya sülhməramlıları Bakının Qarabağda həyata keçirdiyi antiterror tədbirləri fonunda öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər, Moskva onların təhlükəsizliyinin bütün tərəflər tərəfindən təmin ediləcəyinə ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir. Biz sülhməramlılarımızın təhlükəsizliyinin qeyd-şərtsiz bütün tərəflər tərəfindən təmin ediləcəyindən çıxış edirik. Rusiya sülhməramlı kontingentinin komandanlığı atəşkəs və qeyd olunan üçtərəfli sazişlərin ən yüksək səviyyədə icrasına qayıtmaq məqsədilə Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan hakimiyyəti ilə daim əlaqə saxlayır", - Zaxarova bildirib.